8 Aralık 2007 Cumartesi

İŞ ELANLARI

Hörmətli sayt iştirakçıları və qonaqları,
Bu gündən başlayaraq saytımızda iş vakansiyaları ilə bağlı elanlar verəcəyik. Elanlarımız bəzən ana səhifədə olacaq, bəzən isə arxivdə olacaq. Arxivdə olduğu zaman Siz sağ tərəfdəki linklərdən "İş elanları" linkinə tuşlamaqla gündəlikdən düşməmiş bütün iş elanlarına baxa bilərsiniz.
Oxuduğunuz ve maraqlandığınız iş elanının altında Yorum düyməsini tuşlayaraq iş elanının nömrəsini yazıb adınızı, soyadınızı ve mail adresinizi saxlaya bilərsiniz. Amma o elanlarda ki əlaqə üçün mail adresləri olacaq, birbaşa müraciət edə bilərsiniz.
Bununla yanaşı, saytımızda yayınlanmaq üçün Siz bizə əlinizdə olan elanları da göndərə bilərsiniz.
İlk iş elanımız belədir:
Azərbaycanda fəaliyyət göstərən bir Türkiyə şirkətinə yaxşı səviyyədə (şirkət danışıqları səviyyəsində) Türkçə bilən mühasibatçı lazımdır. İş tam gündür. Maaş yüksəkdir. Əlaqə ünvanı: atumiv@gmail.com

Hiç yorum yok: